Məşhur ispan aktyor Antonio Banderas “Salty” filminin çəkilişləri zamanı jet-ski bacarığını nümayiş etdirib.
Səhnələrdən birinin çəkildiyi “Crystal Lagoons” adlı kiçik göldə jet-ski ilə şou göstərən Banderas ətrafdakıların alqışını alıb.
56 yaşlı aktyor çəkilişləri Çilidə davam edən filmdə baş rolu Olqa Kurlenkoyla paylaşacaq.
2 milyon dollara yaxın xərc çəkiləcək film komediya janrındadır.
Qeyd edək ki, filmin 2017-ci ildə təqdim olunması gözlənilir.
Cia.az
