|
Fond 3 ulduzlu otellərin tikintisinə kredit ayıra bilər

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 3 ulduzlu otelin tikilməsi ilə bağlı layihələrə kredit ayıra bilər.

Nazirlikdən verilən məlumata görə, Sabirabad rayonuna100-ə yaxın sahibkarın iştirakı ilə foum keçirilib. Forumda “yaşıl market”in, iri fermer, intensiv bağçılıq, cins heyvandarlıq təsərrüfatlarının, meyvə-tərəvəz və süd emalı müəssisələrinin və 3 ulduzlu otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olub. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Xəbərdə deyilir ki, bu il 1460 sahibkara 78,3 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12400-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 488 milyon manat güzəştli kredit verilib.

Cia.az