|
Əməkdar artist Hamburq Opera Teatrının səhnəsində

Gələn ilin yanvar və fevralında Almaniyada Hamburq Dövlət Opera Teatrının səhnəsində Cüzeppe Verdinin “Otello” operası oynanılacaq. 
Cia.az-ın məlumatına görə, səhnə əsərində Dezdemona obrazını əməkdar artist Dinara Əliyeva canlandıracaq.

Qeyd edək ki, Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ və Yaponiyanın opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. (Azərtac)

Cia.az