|
​Rusiya vətəndaşı təqribən 900 nəfəri mənzilində qeydiyyata alıb
Rusiyanın Ussuriysk şəhərinin (Primorski diyarı) sakini 2016-cı ilin mart-may ayları ərzində 893 nəfəri öz mənzilində qeydiyyata alıb.
Bu barədə Primorye prokurorunun böyük köməkçisi Yelena Teleqinaya istinadən "İnterfax" məlumat yayıb.
Onun sözlərinə görə, qadına qarşı Cinayət Məcəlləsinin 322-ci maddəsi üzrə (Əcnəbi vətəndaşların saxta şəkildə qeydiyyata alınması) ittiham irəli sürülüb. Qeydiyyata salınanlar arasında Çin, Tacikistan, Azərbaycan, Özbəkistan, Qırğızıstan və digər ölkələrin vətəndaşları var.
Cia.az