|
32 yaşlı qadını maşın vurdu -
Gəncədə piyadavurma hadisəsi qeydə alınıb. 
Kəpəz TV (Region TV) xəbər verir ki, şəhərin Əziz Əliyev küçəsində mağazadan çıxaraq yolu keçmək istəyən 32 yaşlı Samirə Əhmədovanı “VAZ-2107” markalı avtomobil vurub. Zərərçəkən bədənin müxtəlif nahiyələrinin xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hazırda reanimasiya şöbəsində müalicə alan qadının vəziyyətini həkimlər orta-ağır kimi dəyərləndirir. 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Cia.az