Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdaş şəhərində “HUMMER” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarında ağaca çırpılması barədə məlumat daxil olub.
Cia-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış vətəndaşı çıxarıblar. Həmin şəxs aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 05:57-də başa çatıb.
Cia.az
