|
DİQQƏT: Bakının mərkəzi prospekti bağlanır

Bu gün axşam saat 22:00-dan etibarən sabah səhər saatlarına qədər Neftçilər prospektinin “Azneft dairəsi”ndən Bakı Dəniz Vağzalının qarşısına qədər olan hissəsində yol cizgi və yol göstərici xətlərinin rənglənməsi işləri aparılacaq .

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, bununla əlaqədar olaraq sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

ASC sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollar seçmələrini tövsiyyə edir.

Cia.az