|
“Yüksek Sosyete”nin aktrisası evlilik təklifinə "yox" dedi

Məşhur türk aktrisa Zuhal Olcay bəstəkar Mazlum Çimenlə olan münasibətini artıq gizlətmir.

58 yaşlı M.Çimen özündən bir yaş böyük sevgilisinə evlilik təklifi edib.

Lakin, Z.Olcay bu təklifə "yox" deyib:

“Böyük danışmağı sevmirəm, amma evliliyi də düşünmürəm. 3 dəfə evlənmişəm. Bir daha da evlilik istəmirəm”, - deyə aktrisa bildirib.

Qeyd edək ki, “Arka sokaklar” serialında da oynamış Zuhal Olcay hazırda “Yüksek Sosyete” serialında “Süreyya Koran” obrazını canlandırır.

Cia.az