|
39 yaşlı Azərbaycan vətəndaşı Antalyada çaya düşərək ölüb

Türkiyənin Antalya vilayətinin Alanya rayonunda Azərbaycan vətəndaşı körpüdən çaya düşüb.

“haberalanya.com.tr” saytının verdiyi xəbərə görə, 39 yaşlı Oleq Shırın həyatını itirib.

Onun səhhətində olan problemlərlə əlaqədar körpüdən yıxıldığı iddia edilsə də, meyit ekspertiza üçün Antalya Ədliyyə Tibb Qurumuna göndərilib.