|
Bakıda binada yanğın olub, 25 nəfər təxliyə edilib
Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının girişində 1 ədəd elektrik lövhəsi yanıb. 
Yanğın zamanı mənzillərdən 25 nəfər bina sakini təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədi ilə yanğınsöndürənlər tərəfindən mənzillərdən çıxarılıb.
Mənzillər yanğından mühafizə olunub.