|
“Ayaks”ın hücumçusu “Napoli”də

İtaliyanın “Napoli” klubu növbəti transferini reallaşdırıb. 
Neapol təmsilçisi “Ayaks”ın hücumçusu Arkadiuş Miliklə anlaşıb. Polşa millisinin forvardı “Napoli” ilə 5 illik müqavilə imzalayıb. 
Qeyd edək ki, 22 yaşlı futbolçu ötən mövsüm Hollandiya çempionatında 31 oyunda 21 qol vurub.