|
Gigi Hadiddən iddialara cavab

Məşhur model Gigi Hadid müğənni sevgilisi, “One Direction” qrupunun keçmiş üzvü Zeyn Malikdən ayrıldığını yalanlayıb.

21 yaşlı model iddialara cavab olaraq Malikin Los-Ancelesdəki evinə köçüb.

Hadid, artıq evin dekorasiyasını dəyişməyə də başlayıb.

Cütlük, Los-Anceleslə yanaşı, modelin Nyu-Yorkdakı evində də birlikdə qalırlar.

Qeyd edək ki, Hadid və Malik bu ilin əvvəlində ayrıldıqlarını açıqlamış, lakin bir müddət sonra barışmışdılar.