|
Putin Bakıya avqustun 8-də gələcək -

Rusiya prezidenti Vladimir Putin avqustun 8-də Azərbaycana səfər edəcək.

RİA Novosti xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildiriblər.

Xatırladaq ki, bir müddət əvvəl avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri arasında üçtərəfli görüşün keçiriləcəyi barədə nəlumat verilmişdi.

Onu da qeyd edək ki, Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıda görüşünün keçirilməsi bu ölkələrin xarici işlər nazirlərinin aprelin 7-də Bakıdakı üçtərəfli görüşündə qərara alınıb.