|
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
Azərbaycan Mərkəzi Bankı 2 avqust tarixinə valyuta məzənnələrini açıqlayıb.
 
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, avqustun 2-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5883 manat təşkil edir.
 
Manata nəzərən avronun məzənnəsi isə 1,7749 manat təşkil edir.
 
1 türk lirəsi 0,5309 manat, 1 rus rublu 0,0238 manatdır.