SSRİ və Azərbaycanın xalq artisti,Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru , professor Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri Gəncə şəhərində olub, maraqlı konsert proqramı ilə tamaşaçılar qarşısında çıxış edib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, konsertdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ziyalılar, klassik musiqisevərlər iştirak ediblər. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları və tədbir iştirakçılarını salamlayaraq , bütün gəncəlilərin yüksək bayram əhval-ruhiyyəsində, böyük coşqu və sevinc içərisində olduqlarını bildirib. Ölkə başçısının 24 dekabr doğum günü münasibətilə şəhərimizdə möhtəşəm tədbirlərin keçirildiyini deyib. Heydər Əliyev adına Park -Kompleksdə simvolik olaraq 53 min ağac əkildiyini, Təhsil İdarəsinin inzibati binasının açılış mərasiminin, bayram atəşfəşanlığı ilə bir –birinin ardınca möhtəşəm konsertlərin keçirildiyini diqqətə çatdırıb.
Konsert bəstəkar Aqşin Əlizadənin “Cəngi” musiqi əsəri ilə başlayıb.
Sonda şəhər rəhbərliyi tərəfindən Fərhad Bədəlbəyliyə və Yeganə Axundovaya qiymətli hədiyyələr təqdim olunub.
