|
"Kəpəz"dən qələbə

Yeni mövsümün hazırlıqlarını Bakıda davam etdirən “Kəpəz” bu gün yoxlama oyunu keçirib.

Qol.az-ın məlumatına görə, Gəncə klubu birinci divizion təmsilçisi "Şərurspor"la qarşılaşıb.

 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında keçirilən görüşdə "Kəpəz" 6:1 hesabı ilə qalib gəlib.