|
Menez “Milan”ı “Bordo”ya dəyişdi

Jeremi Menez “Milan”ı tərk edib. Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, fransız forvard karyerasını yenidən vətənində davam etdirəcək. 
29 yaşlı forvard “Bordo” ilə anlaşıb. Tibbi müayinədən uğurla keçən Menez yeni klubu ilə 3 illik müqavilə imzalayıb. 
Qeyd edək ki, “Milan”ı tərk edən futbolçu “Bordo”dan əvvəl “Genqam” və BƏƏ klublarının təklifini geri çevirib