|
Özcan Dəniz ilkə imza atacaq

Müğənniliklə yanaşı bir neçə film çəkərək rejissorluq bacarığını sübut edən Özcan Dənizə serialdan təklif gəlib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha öncə bir neçə serialda rol alan Ö.Dənizə bu dəfə aktyorluqla yanaşı, serial idarə etmək tapşırılıb.

Üstəlik, o, serialın ssenarisini də özü yazacaq. Beləliklə, Özcan Dəniz rejissorluq karyerasında ilk dəfə serial çəkəcək.
Məlumata görə, Ö.Dəniz "Ya Sonra", "Evim Sensin, "Su ve Ateş", "Sevimli Tehlikeli" və "Her Şey Aşktan" filmlərini çəkən Şükrü Avşarla birlikdə çalışacaq.

Qeyd edək ki, Ö.Dənizin Nurgül Yeşilçayla birlikdə rol aldığı son filmi “İkinci şans” noyabrda nümayiş ediləcək.