Evlənəcəkləri gözləndiyi vaxtda sürpriz qərarla müğənni Can Bonomodan ayrılan model Didem Soydan yeni açıqlamalar verib.
2 aydır ayrılan cütlüyün bu zamana qədər mətbuatda bir-biri haqda mənfi heç bir açıqlama verməməsini model belə şərh edib:
“Niyə deyək ki? Biz pis şəkildə ayrılmadıq ki. Canı hələ də, o qədər sevirəm ki, onun haqqında pis danışa bilmərəm. Onun da mənə qarşı eyni şeyləri hiss etdiyini bilirəm”.
Didem Soydan sözlərinə əlavə edib ki, bundan sonra Canın da yeni sevgilisi ola bilər, özünün də:
“Bu bizim qarşılıqlı hörmət çərçivəsindəki dostluğumuza ziyan verməz”, - deyə sözlərinə əlavə edib.


