|
Gülənə qarşı əməliyyat:

Türkiyənin Qaçaqmalçılıqla Mübarizə İdarəsi Fətullahçı Terror Təşkilatının (FETÖ) təhsil və maliyyə sektorunu idarə edən şəxslərə qarşı xüsusi əməliyyat keçirib.

Azvision.az bildirir ki, əməliyyatlar İstanbul və Çorluda keçirilib.

Əməliyyat zamanı FETÖ-nün maliyyə kuryerliyini həyata keçirən 4 nəfər saxlanılıb. Onlardan 50 milyon lirə üçün qəbz-sənəd və 1 milyon lirə nağd pul götürülüb. Murat Kılıç isə qaçaq olduğu üçün axtarışdadır.

Qeyd edək ki, Türkiyə Qaçaqmalçılıqla Mübarizə İdarəsi FETÖ-nün maliyyə mənbələrinin zərərsizləşdirilməsi istiqamətindəki əməliyyatlarını davam etdirir.