|
Neft cüzi bahalaşıb

Bu gün səhər saatlarından etibarən dünya bazarlarında neftin qiyməti bir qədər yüksəlib.

Bakı vaxtı ilə saat 10:40-a olan məlumata görə, birjalarda Brent markalı neftin oktyabr fyuçersinin 1 barreli 43,63 dollara satılır.

Bu göstərici bu gün səhər qeydə alınmış qiymətdən 0,10 dollar, yaxud 0.23% yüksəkdir.