Yay meyvələrindən hazırlayacağınız bir çox təbii maska ilə dərinizi canlandıra bilərsiniz.
Çiyələk maskası
Çiyələyin dəri üzərində canlandırıcı və pilinq təsiri var. Xüsusən də dərisi quru olanlara məsləhət görülən bu maska dərini dartdığı üçün üzdə ən çox 10 dəqiqə saxlamaq lazımdır. 4 ədəd çiyələyi əzərək 1 yemək qaşığı nəmləndirici kremlə qarışdırın və dərinizə nazik təbəqə halında sürtün. 10 dəqiqə sonra soyuq su ilə yuyun. Ayda 2 dəfə tətbiq etdiyiniz bu maska dərinizə faydalı olacaq
Avokado maskası
Yorğun və quru dəriləri nəmləndirəcək və canlandıracaq, həm də yayda günəşlənmənin ardından istifadə edilə biləcək bir maskadır. 1 çay qaşığı avokadonun içini əzib 2 çay qaşığı nəmləndirici kremlə qarışdırın və qalın təbəqə halında dərinizə çəkin. 15 dəqiqə gözlədikdən sonra yuyun. Həftədə bir dəfə tətbiq edin.
Üzüm maskası
Bu maska əsasən qarışıq dərisi olanlar üçün uyğundur. Yorğun dəriləri daha canlı göstərir. Üzümü sıxın, 2 qəhvə qaşığı miqdarında suyunu nəmləndirici kremə qatın. Üzünüzə sürtün və 10 dəqiqə saxladıqdan sonra yuyun.
Banan maskası
Banan qidalandırıcı və tərkibi zəngin bir meyvədir. Xüsusən solğun, quru dərilərdə təbii qidalandırıcıdır. Ləkəsiz və tam yetişmiş bananı əzərək nəmləndirici kremlə qarışdırın və dərinizə sürtün. 15 dəqiqə sonra soyuq su ilə yuyun. Həftədə bir dəfə tətbiq edin.
