|
Vitamin E və qliserinlə dəri baxımı

Əgər dəri qulluğuna önəm verirsinizsə, onda qliserin və vitamin E-nin faydasını mütləq bilməlisiniz. Qliserin və E vitamini dəri üçün həyati əhəmiyyət daşıyan məhsullardan biridir. Sirri nədir?

E vitamin və qliserin qarışımını gündəlik olaraq istifadə edə bilərsiniz. E vitamini dəriyə sağlamlıq verən və yaşla bağlı dəyişikliklərin qarşısını alan yeganə antioksidandır. Dərini ultrabənövşəyi şüalara qarşı qoruyur, qidalanmanı artırır, oksidləşməni yavaşladır.

10 kapsul E vitamininin içindəki tozu 25 qramlıq qliserin şüşəsinə qatın. Üzünüzə çəkib 40-60 dəqiqə sonra salfetlə silin, ancaq yumayın. Bir həftə sonra dəriniz məxmər kimi olacaq.