Hamiləlik zamanı və ya tez-tez kökəlib arıqladıqda bədəndə çatlar yaranır. Demək olar ki, əksər qadınlar xüsusən də qarın bölgəsində bu cür çatlardan əziyyət çəkir. Ancaq evdə əlinizin altında olan ləvazimatlarla dərinizdəki bu çatlardan qurtula bilərsiniz. Aile.lent.az xanımlara asan hazırlanan 5 maska resepti təqdim edir.
Qaysı maskası
3-4 ədəd qaysını kəsin və toxumlarını çıxarın. Püre halına gələnə qədər mikserdən keçirin. Çatlar olan bölgəyə sürtün. 15 dəqiqə gözləyin və durulayın. Həftədə ən az 2-3 dəfə tətbiq edə bilərsiniz.
Aloe vera geli maskası
Aloe vera xüsusən dəridəki kollagen toxuma üzərində təsirlidir. Təzə aloe veranın tikanlarını kəsin və uzununa bölün. Bir qaşıqla içindəki geli sıyırın, yumşaltmaq üçün əzin. Bunu 2-3 gün soyuducuda saxlayın. Gündə bir neçə dəfə çatlar olan bölgəyə çəkib, 15 dəqiqə saxlayın. Bu geli hamiləlik müddətində çəksəniz, çatların yaranmasının qarşısını alarsınız.
Kələm, yumurta və düyü unu maskası
Kələm və yumurtanın ağı kollagen yenilənməsi üçün olduqca təsirlidir. Düyü unu da ölü hüceyrələri yox etməyə faydalıdır. Kələmdən bir miqdar götürüb püre halına gətirin. Bir qaba 2-3 yemək qaşığı düyü unu tökün. Yumurtanın ağını və kələmi düyü ununa qatıb qarışdırın. Qarışımı çatlar olan bölgəyə sürtün və 15 dəqiqə gözləyin. Sabun və suyla durulaya bilərsiniz.
Qəhvə tozu pilinqi
1 yemək qaşığı quru qəhvəni 2 yemək qaşığı aloe vera geliylə yaxşıca qarışdırın. Qarışımı çatların üzərinə sürtün və xəfif şəkildə pilinq edin. Yaxşı nəticə əldə etmək üçün həftədə 2 dəfə təkrarlayın.
Yağlar
Limon yağı, şirin badam yağı, kətan toxumu yağı və quşburnu yağını eyni miqdarda kiçik bir kasaya tökün, qarışdırın. Hər gün çatlara sürtüb masaj edin.
