|
Qattuzo istefa verdi

İtaliyanın üçüncü liqasında çıxış edən "Pizı"nın baş məşqçisi Cennaro Qattuzo istefa verib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə o, özü bildirib. C.Qattuzo klublardakı bəzi problemlər səbəbindən bu addımı atıb.

Qeyd edək ki, C.Qattuzo ötən mövsümdən "Pizı"nı çalışdırırdı.