|
Bakıda maşının altında qalan qadın 3 ay sonra öldü

Bakıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış qadın vəfat edib. lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, cari il may ayının 8-də Nərimanov rayonunun Azadlıq prospektində Bakı şəhər sakini Cavanşir Həsənov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən paytaxt sakini İradə Mustafayevanı vurub. Xəstəxanaya yerləşdirilmiş İ.Mustafayeva iyulun 28-də orada ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.