|
SOCAR Ukraynaya 10 milyon dollarlıq yanacaq satacaq

"Ukrayna  Dəmir Yolu" dövlət şirkətini ümumi dəyəri 10 mln. dollardan çox olan 14,08 min ton dizel yanacağı ilə təchiz edəcək.

 

"APA-Economics" xəbər verir ki, SOCAR Ukrayna dövlət şirkətinin keçirdiyi tenderin qalibi olub.

 

Satış "SOCAR Energy Ukraine" (SOCAR-ın Ukraynadakı törəmə şirkəti) şirkəti tərəfindən həyata keçiriləcək.