|
Əliyevlə Ərdoğana eyni peyk platformasından atəş açılırmış…

Azərbaycan hökumətini kəskin tənqid edən və əsasən xaricdən xəbər verən “Azərbaycan saatı” proqramının fəaliyyəti dayandırılıb.

Məlumatı Turan agentliyi yayıb.

Proqramın aparıcısı Qənimət Zahid bunu “Azərbaycan saatı”nın peyk yayımı platformasından istifadə etdiyi Turkish Barış TV-nin bağlanması ilə izah edib.

 

Xatırladaq ki, Barış TV digər 16 telekanalla birlikdə rəsmi Ankaranın son dövlət çevrilişi cəhdində ittiham etdiyi Fəthullah Gülən ilə əlaqələrinə görə bağlanıb. Barış TV Rəcəb Tayyib Ərdoğanın siyasətini kəskin tənqid edirdi.

İndi məlum olur ki, Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tənqidçiləri eyni peyk yayım platformasından istifadə edirlərmiş…