|
"Qəbələ"nin rəqibi yeni transferini sifariş etdi

"Qəbələ"nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi "Lill" yeni transferi Yunus Sankareni də sifariş edib. 
Seneqallı futbolçunun adı "Qəbələ" ilə oyunların sifariş ərizəsinə daxil edilib. 
Bu isə o deməkdir ki, Fransa klubunun baş məşqçisi Frederik Antonetti şans verəcəyi təqdirdə Sankare "Qəbələ"yə qarşı oyunlarda meydana çıxa biləcək. 

Qeyd edək ki, bu axşam keçiriləcək "Lill" – "Qəbələ" matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq.