15 iyul hərbi çevriliş cəhdində adı hallanan, gözaltına alınan və ya tutulan 117 general, 32 admiral Türkiyə Silahlı Qüvvələrindən xaric edilib.
"Haberturk"ün xəbərinə görə, ümumilikdə Türkiyə Silahlı Qüvvələrindən qovulan zabit sayı 1684-ə çatıb.
Hazırda Türkiyə Silahlı Qüvvələrində qalan generalların sayı 209 nəfərdir.
