Dənizkənarı Milli Parkda rəqs üzrə açıq dərslər keçirilir.
Azərbaycan Rəqs Assosiasiyasından (ARA) AZƏRTAC-a bildirilib ki, dərslər pulsuz təşkil edilib.
Açıq dərslər yay mövsümü ərzində Azərbaycan Gənclər İttifaqı (AGİ), ARA, Jam SS rəqs studiyası və Bulvar administrasiyasının dəstəyi ilə həyata keçirilir.
Dərslərə qatılmaq istəyən şəxs hər bazar günü saat 18:00-dan 21:00-dək Dövlət Kukla Teatrının arxasındakı açıq meydançaya gələ bilər.
Dərslər Jam SS studiyasının peşəkar müəllimləri tərəfindən keçirilir.
