|
Azərbaycan İran və İraqa 9137.5 ton arpa satıb

Bu ilin birinci yarısında İran və İraqa 9137.5 ton arpa ixrac olunub. İyul ayında isə bu ölkələr Azərbaycandan 4327.3 ton arpa alıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev məlumat verib.

Xidmət rəisi deyib ki, bu vaxta qədər xarici ölkələrə ixrac edilən 13.464,8 ton arpa məhsulunun 3115.6 tonu yemlik, 10349.2 tonu isə ərzaqlıq olub. Bu il ilk dəfə olaraq Azərbaycandan arpa məhsullarının ixracının həyata keçirilməsi üçün Dövlət Fitosanitar Nəzarəti Xidməti zəruri fitosanitar sertifikat təqdim edib. Respublikada yetişdirilən taxıl və yem məhsullarının ixracı üçün yeni bazarların axtarışları istiqamətində bu ilin I rübündə İran və İraq bir sıra məhsullarla yanaşı, həm də qeyd edilən məhsullar üçün əlverişli bazar kimi nəzərdən keçirilib.

Hazırda yeni sifarişlər var və yaxın vaxtlarda arpa məhsullarının növbəti partiyasının ixracı planlaşdırılır.