|
Tovuzda iki nəfər bıçaqlanıb
Tovuz rayonunda bıçaqlanma hadisəsi baş  verib. 
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. 
 
Hələlik adı aşıqlanmayan kənd sakini tanışları - 1972-ci il təvəllüdlü Habil Həsənovu qarın nahiyəsindən, 1988-ci il təvəllüdlü Elşən Abbasovu isə döş nahiyəsindən bıçaqlayıb. Yaralılar dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və əməliyyat ediliblər.
 
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.