|
TRT "Darbe" gecəsinin dəhşətli görüntülərini yayımladı-

2016-cı il 15 iyul tarixində İstanbul və Ankarada dövlət çevrilişi cəhd həyata keçirildi. Cəhdin məqsədi Türkiyədə hakimiyyəti devirmək idi. Bu məqsədlə ilk növbədə Ankarada polis akademiyası partladıldı. Daha sonra İstanbulda Atatürk Hava Limanının, TRT dövlət kanalı, hakim partiyanın Ankaradakı qərargahı zəbt olundu. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərərgah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar girov götürüldü. Prezidentin baş katibi də əsir alındı. Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutuldu.

Küçələrə tanklar yeridildi. Ölkənin hava limanları, nəqliyyat ötürücüləri nəzarət altına alındı. TRT telekanalı, ardınca da Doğan Media Mərkəzi ələ keçirildi. AKP hökumətinin fəaliyyət imkanları iflic edildi.

Türkiyədə baş vermiş hərbi çevrilişə cəhdin qarşısını almaq üçün keçirilən əməliyyat zamanı 290 nəfər, o cümlədən 104 qiyamçı hərbçi və 161 mülki şəxs şəhid oldu, 1440-lərlə insan yaralandı. Hərbi çevrilişə cəhd edənlər arasında həbs olunanların sayı 10 000-ə çatıb. Hadisə ilə əlaqədar generallar, 100-lərlə hərbçi, hakim, prokuror saxlanılıb.

TRT "Darbe"gecəsidən dəhşətli görüntüləri yayımlayıb.

Həmin videonu təqdim edirik: 

Cia.az