|
Bakıda 58 yaşlı qadını maşın vurub öldürdü
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. 

Musavat.com xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb. Yolu keçmək istəyən 58 yaşlı Ulduz Bəbir qızı Məmmədovanı VAZ-21015 markalı avtomobil vurub. Hadisəni törədən sürücü Kərim Abdulov  yaralını avtomobilinə qoyaraq xəstəxanaya aparıb. Həkimlər müayinə zamanı Ulduz Məmmədovanın öldüyünü müəyyən ediblər.  
 
Hadisə barədə polisə məlumat verilib. Sürücü Kərim Abdulov polis tərəfindən saxlanılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.