"Qarabağ"ın aparıcı üzvlərindən olan Ansi Aqolli zədələnib.
Qol.az-ın məlumatına görə, Çempionlar Liqasınını III təsnifat mərhələsinin "Viktoriya" ilə ilk oyununda əzələsini dartan albaniyalı müdafiəçi məcburi əvəzlənməli olub.
Matçın 79-cu dəqiqəsində Aqollinin əvəzinə meydana İlqar Qurbanov daxil olub.
