|
Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.
son Azərbaycan çempionu "Qarabağ" növbəti oyununa çıxıb. Qurban Qurbanovun komandası Çexiyada "Viktoriya"nın qonağı olub. "Dusan Arena"da keçirilən oyun qolsuz bərabərliklə başa çatıb. Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 2-də Bakıda keçiriləcək. 26 iyul Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunu 22:15. "Viktoriya" (Çexiya) – "Qarabağ" (Azərbaycan) - 0:0 Qırmızı vərəqə: Yan Baranek, 75 ("Viktoriya") Baş hakim: Aleksandar Stavrev Baş hakimin köməkçiləri: Maryan Kirovski, Deyan Kostadinov Dördüncü hakim: Dimitar Mekarovski (hamısı Makedoniya) Plzen. "Dusan Arena" stadionu |
