İngiltərə millisinin və "Mançester Yunayted"in hücumçusu Ueyn Runi gələcək planları haqda danışıb.
30 yaşlı futbolçu karyerasını başa vurduqdan sonra baş məşqçi işləmək istədiyini bildirib:
"Bir gün baş məşqçi olmaq istəyirəm. Futbol bütün həyatım boyu məşğul olduğum bir işdir. Hazırda məşqçi lisenziyası almaq məsələsi ilə məşğulam. Ümid edirəm ki, karyeramı başa vurduqdan sonra məşqçi işləyəcəm".
