|
Bakıda iki avtobus toqquşdu
Metronun "Əhmədli" stansiyası yaxınlığında iki avtobus qəza törədib.
 
1xəbər.com xəbər verir ki, "28 May" - "Əhmədli" istiqamətində hərəkət edən 46 saylı və 84 saylı sərnişin avtobuslarının toqquşması nəticəsində yol qırağında dayanan VAZ-2106 markalı avtomobilə də ziyan dəyib.
 
İlkin məlumata görə, 3 nəfər xəsarət alıb.