ATƏT Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar həbs olunanların məhkəmə proseslərinə müşahidəçi göndərmək üçün müraciət edib.
APA-nın verdiyi xəbərə görə, bu barədə ATƏT/DTİHB-nin direktoru Maykl Link "RBB-İnforadio"ya müsahibəsində deyib. O bildirib ki, ATƏT vəziyyət barədə məlumat əldə etmək və hazırda qəbul edilən qərarları Türkiyə hökuməti ilə müzakirə etmək niyyətindədir.
M. Link qeyd edib ki, Ankara ATƏT-in təkliflərinə hələlik cavab verməyib.
Qeyd edək ki, Türkiyə dövləti fövqəladə vəziyyət rejiminin tətbiqi ilə əlaqədar ölkə ərazisində müvəqqəti olaraq Avropa İnsan Haqları Konvensiyasının icrasını dayandırıb.
Cia.az
