Bu həftənin əvvəlində Nazirlər Kabineti xaricdə qeydiyyatda olan yük maşınlarının Azərbaycanın dövlət sərhədinin kəsişməsində dövlət rüsumu və yol vergisi ödənişindən azad olunması haqqında qaydaları təsdiqlədi. Qaydalar üç il ərzində qüvvədə olacaq.
Nazirlər Kabinetinin qərarı Prezident İlham Əliyevin ölkənin Vergi Məcəlləsinə müəyyən dəyişikliklərin edilməsi haqqında fərmanının nəticəsi olaraq verilib və Azərbaycanın nəqliyyat sistemi üçün fövqəladə dərəcədə əhəmiyyətlidir. Bu sferada yeniliklər yük daşınmaları sistemində və onların logistikasında yerli dəyişikliklərə imkan yaratmağa xidmət etməlidir.
Şimal-Cənub və Cənub-Qərb
Azərbaycan üçün dəmir yolu marşrutlarından bu gün ən əhəmiyyətlisi Hindistandan başlayan və Helsinkiyə qədər olan Şimal-Cənub nəqliyyat dəhlizidir. Ən yaxın illərdə bu nəqliyyat yolu Şimali Avropanı Hindistan və Fars körfəzi ölkələri ilə birləşdirəcək və bununla İran, Azərbaycan və Rusiyanın dəmir yolları əlaqələndiriləcək. Belə genişmiqyaslı layihənin reallaşdırılması üçün həm ilkin iqtisadi şərtlər, həm də layihə iştirakçısı olan ölkə rəhbərlərinin siyasi iradəsi mövcuddur. Gözlənildiyi kimi, Bakıda Rusiya, Azərbaycan və İran prezidentlərinin avqust görüşü çərçivəsində bu əhəmiyyətli nəqliyyat marşrutunun tikintisinin sürətləndirilməsi üçün prinsipial qərar qəbul ediləcək.

Bütün region üçün bu dövri layihənin həyata keçirilməsinin əhəmiyyəti hər il Asiyadan Avropaya və əks istiqamətdə göndərilən on milyonlarla ton yüklərlə, həmçinin dövlətlərarası əmtəə dövriyyəsinin həndəsi formada artması ilə müəyyən edilir. Hazırda bu yüklərin çox hissəsi dəniz vasitəsilə göndərilir ki, onların çatdırılması 45-60 gün çəkir. Azərbaycanın içindən Şimal-Cənub dəhlizi vasitəsilə çatdırılma 14-20 günə qədər, yəni 2-3 dəfə azaldılacaq.
Şimal-Cənub nəqliyyat dəhlizinin birdəfəlik istifadəyə verilməsi üçün İran ərazisindən keçən Astara-Rəşt-Qəzvin dəmiryol xəttinin tikintisi zəruridir. Prinsip etibarilə, Rəşt və Qəzvin arasındakı sahədə işlər tamamlanmaq üzrədir və indi hər şey 153-kilometrlik Astara-Rəşt sahəsinin tikintisinə dayanır. Yeri gəlmişkən, Azərbaycan dəmir yolunun bu sahəsinin üzlənməsi üçün artıq İrana yarım milyard dollar kredit verməyə hazır olduğunu ifadə edib.

Regionda yük daşınmaları sistemini tamamilə dəyişdirə bilən digər həyati əhəmiyyətli və tamamilə yeni marşrut Cənub-Qərb nəqliyyat dəhlizidir. Bu, yanvarda Bakıda keçirilmiş beynəlxalq forumda "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin başçısı Cavid Qurbanov tərəfindən təqdim edilmiş ən yeni logistik məhsuldur. Bu dəhliz Fars körfəzi: Hindistan – İran – Azərbaycan – Gürcüstan – Qara dəniz – Avropa marşrutunu əhatə edir. Bu gün Hindistan, İran, Fars körfəzi ölkələri və Avropa arasında bütün yük daşımalarının 94%-i Süveyş kanalı , Araılq və Baltik dənizləri vasitəsilə dəniz yoluyla həyata keçirilir. Cənub-Qərb Dəhlizi yüklərin göndərilməsi üçün daha cəlbedicidir, çünki onların çatdırılması müddətini 2-3 dəfə azaldır və nəqliyyat xərclərini gözəçarpacaq şəkildə aşağı salır. Bunun yük göndərən ölkələrin maddi vəziyyətində necə əks olunacağını Avropa və Fars körfəzi ölkələri arasında , 2014-cü ildə əmtəə dövriyyəsinin 207 milyard dollardan çox olmasını göstərən statistik məlumatlara görə bilmək olar. Bu halda dəmiryolu ilə bu gün yükün yalnız 0,3%-dən azacıq çox hissəsi daşınır.
Dəmiryolçular yük axını üçün mübarizə aparır
Bakıda artıq aydın dərk ediblər ki, öz nəqliyyat arteriyaları üzrə yük axınının artımı üçün mübarizəni ləngitmək olmaz. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində struktur və rəhbərlik dəyişikliyindən sonra Azərbaycanın regionun tranzit mərkəzinə çevrilməsi üzrə proqramın aktiv reallaşdırılmasına başlanıldı. Öz çıxışlarında Azərbaycan prezidenti İlham Əliyev Avropanın və Asiyanın qovşağında yerləşən Azərbaycanın əlverişli coğrafi mövqeyini dəfələrlə vurğulayıb və bildirib ki, yaxşı inkişaf etmiş yol infrastrukturu olmadan bu üstünlükdən istifadə etmək mümkün deyil. Dövlət başçısının göstərişlərini nəzərə alaraq, əsas Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılması üzrə intensiv iş başlandı. Halbuki bu, o vaxta qədər onilliklərlə, praktik olaraq, unudulmuşdu.

Hazırda Azərbaycan Astara (Azərbaycan)-Astara (İran) dəmir yol körpüsünün və Azərbaycan-İran sərhədinə girişdə 8-kilometrlik yolun tikintisini yekunlaşdırır. Şimal-Cənub Dəhlizinin tam istismara verilməsi üçün yalnız Astara- Rəşt sahəsini inşa etmək qalır. Halbuki artıq bu gün, İran sahəsinin tikintisini və bütöv dəhlizin istismara verilməsinin tamamlanmasını gözləmədən " Azərbaycan Dəmir Yolları" yük daşıyanlar üçün müvəqqəti marşrut yaradaraq, yüklərin tranziti üçün mübarizəyə başlayıb. Orada sxem işlənib hazırlanıb ki, ona əsasən Hindistan, İran və başqa ölkələrdən yüklər dəmiryolu ilə İranın Rəştinə qədər daşınacaq, oradan da avtomobil nəqliyyatı yolu ilə Azərbaycana çatdırılacaq. Hətta, İranda malların boşaldılmasını və onların Azərbaycanda vaqonlara təkrar yüklənməsini nəzərə alsaq, bu marşrut vaxta görə hazırkı dəniz variantından daha əlverişlidir. Son ana qədər belə marşrutun intensivliyi üçün əhəmiyyətli maneə dövlət rüsumu və yol vergisi idi ki, Azərbaycanın ərazisinə giriş zamanı yük maşınlarının sahibləri daşımaların son dəyərinə əhəmiyyətli dərəcədə təsir edən vergi ödəyirdilər. İlham Əliyevin onların ləğvi haqqında inqilabçı fərmanı dəmiryolçulara yük axınını aktivləşdirməyə imkan yaradacaq.
Problemin vacib həlli

Yuxarıda qeyd etdiyimiz kimi, İlham Əliyevin Vergi Məcəlləsinə edilən dəyişikliklər haqqında mayda verdiyi fərman xaricdə qeydiyyatda olan yük maşınlarının üç il ərzində yol vergisindən azad olunmasını nəzərdə tutur. Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalara əsasən, yenilik İrana və Türkiyəyə, həmçinin İran və Türkiyədən onların Azərbaycan ərazisindən dəmir yolu ilə sonrakı nəql edilməsi şərti ilə yükləri daşıyan xarici avtomobil nəqliyyatı vasitələrinə tətbiq olunur.
Hökumətin öhdəçiliyində həmçinin qeyd edilir ki, xarici dövlətlərin yük maşınları, qoşqular və yarımqoşquları yol vergisi və dövlət rüsumundan o zaman azad olur ki, onlar başqa ölkələrə sonrakı nəqletmə üçün Azərbaycanın ərazisindən birinci gömrük buraxılış məntəqəsini keçməsi vaxtı son dəmir yolu stansiyasında tranzit yüklərinin boşaldıb yüklənməsini həyata keçirir.
Bundan başqa, vergidən və rüsumdan azad olunmaya ölkəmizin ərazisində ilk dəmir yolu stansiyasında ən yaxın gömrük buraxılış məntəqəsini keçməsi zamanı Azərbaycana başqa ölkələrdən tranzit yüklərin daşınmasını həyata keçirən xarici nəqliyyat vasitələri iddia edə bilər. Beləliklə, bundan sonra istənilən yük nəqliyyat vasitəsi Azərbaycan ərazisinə maneəsiz girə və dəmir yolu stansiyasında yükləri boşalda biləcək və oradan onlar növbəti təyinat nöqtəsinə göndəriləcək. Bu, o deməkdir ki, yükdaşıyanların xərcləri praktik olaraq iki dəfə azalacaq.

Çatdırılma müddəti və maliyyə xərcləri ilə bağlı problemlərin həllindən başqa, yeni qaydalar "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti”nə imkan verəcək ki, onlar yeni yükdaşıyanları ölkəmiz vasitəsilə mallarının tranziti üçün cəlb etsin. Şübhəsiz, Azərbaycana girən yük maşınlarının dövlət rüsumundan və yol vergisindən azad olunmasının ölkənin büdcəsini onsuz da azalan gəlirlərdən məhrum etdiyini güman edən tənqidçilər olacaq.
Lakin qeyd etmək lazımdır ki, vergilərdən yalnız başqa ölkələrə sonrakı nəql etmə üçün Azərbaycanın ərazisində ilk gömrük buraxılış məntəqəsini keçmə zamanı tranzit yüklərin son dəmir yolu stansiyasında boşaldıb yükləməsini həyata keçirən xarici yük vasitələri azad olunur. Yəni, burada söhbət yalnız dəmiryolçuların öz üzərlərinə götürmək niyyətində olduqları həmin tranzit yüklərindən gedir. Təbii, dəmiryolçular bu yüklərin sonrakı nəql etməsini pulsuz həyata keçirməyəcək ki, bu da özü-özlüyündə tranzitdən gəlirlərin artımını nəzərdə tutur.
Yəni, hökumətin “Azərbaycan Dəmir Yolları” rəhbərinin təşəbbüsü ilə yük axınının artmış həcminin tranzitindən gəlirləri, marşrutun cəlbediciliyini yaxşılaşdırmaqla mövcud vergilər və rüsumlardan daxil olmaları ötüb keçəcək.
Həmçinin nəzərə almaq lazımdır ki, Şimal-Cənub marşrutu ilə yüklərin nəql edilməsi üçün Xəzərin cənub sahillərindən onun şimal sahilinə qədər bərə marşrutu həmişə uyğun gəlmir. Buna artıq rütubəti olmayan yükün spesifikliyindən müddətin uzunluğuna və çatdırılmanın çətinliyinə qədər müxtəlif amillər səbəblər ola bilər. Bundan başqa, Xəzərin şimal hissəsi qışda tez-tez donur və gəmiçilik burada ildə bir neçə ay ərzində qeyri-mümkün olur. Digər tərəfdən, Rusiyanın Həştərxan limanı möhkəm yüklənib və bütün yük axınına xidmət etmək iqtidarında deyil.
Azərbaycanın ərazisindən uzanan Şimal-Cənub dəmir yolu dəhlizinin nəhəng üstünlüyü yüklərin daşınmasının qısa yoludur və buna görə də, Türkmənistan və Qazaxıstan vasitəsilə Xəzər dənizinin sağ sahili üzrə alternativ marşrutla müqayisədə iqtisadi cəhətdən əlverişlidir. Amma yeni qaydaların tətbiqi ilə yükdaşıyanlar yekunlaşmamış, amma praktik olaraq qiymətli olan Şimal-Cənub marşrutundan müvəqqəti istifadə etmək üçün əlavə stimul alacaqlar.
Cia.az
