|
"Yuventus" Xorvatiya millisinin futbolçusunu heyətinə cəlb edib
Xorvatiyanın Zaqreb şəhərini təmsil edən "Dinamo" klubunun yarımmüdafiəçisi Marko Pyatsa İtaliyanın "Yuventus" komandasına keçib.
 
"Report" xəbər verir ki, transferin məbləği 23 milyon avro təşkil edir.
 
Futbolçu ilə müqavilə 5 il müddətinə nəzərdə tutulub. Marko Pyatsa, həm də Xorvatiya millisinin futbolçusudur.
Cia.az