Dünyaca məşhur futbolçu Kriştiano Ronaldo və Hollivud ulduzu Eva Lonqoriya İbiza adasında bir araya gəlib.
Aktrisa Ronaldo ilə fotosunu sosial şəbəkədə paylaşıb.
Şəkil adanın gecə klublarından birində lentə alınıb. Məşhurlar dostları ilə birlikdə gecə boyunca əyləniblər. Eva şəklin yanına futbolçunu gördüyü üçün şad olduğunu yazıb.
Qeyd edək ki, Ronaldo bir neçə gündür adada istirahət edir.

Cia.az
