Tovuz rayonuna qonaq gedən Bakı şəhər sakini partlayış nəticəsində qəlpə yaraları alıb.
APA-nın verdiyi məlumata görə, Bakı şəhər sakini, 1951-ci il təvəllüdlü Hidayət Qasımov Tovuz rayonunun Əlibəyli kəndində qonaq getdiyi evin həyətində gəzən zaman naməlum səbəbdən partlayış baş verib. Nəticədə H.Qasımov bədəninin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb.
Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Hidayət Qasımova bədənin yuxarı ətrafında çoxsaylı qəlpə yaraları diaqnozu qoyulub. Ona dərhal tibbi yardım göstərilib, qəlpələr bədənindən çıxarılıb.
Cia.az
