|
Neft Fondu 26 banka 50 milyon dollar satdı -

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən hərraca 50 milyon ABŞ dolları məbləğində vəsait çıxarılıb.

ARDNF-dən Cia.az-a verilən məlumata görə, vəsait 26 banka satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Cia.az