|
Putinin mətbuat katibinin Ərdoğanın kim tərəfindən xilas olunmasından xəbəri yoxdur

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hazırlanan çevriliş barədə Rusiya tərəfindən xəbərdar olunması barədə onda heç bir məlumat yoxdur.

Virtualaz.org xəbər verir ki, bu məlumatı “RİA Novosti” yayıb.

“Məndə belə məlumat yoxdur və agentliyin hansı məndələrə istinad etdiyini bilmirəm”, - dərc olunmuş məlumatın həqiqətə uyğun olub-olmaması barədə suala cavab verərkən Peskov deyib.

Xatırladaq ki. İranın “Fars” agentliyinin Ankaradakı diplomatik mənbələrə istinadən verdiyi xəbərə görə, Ərdoğanı hazırlanan silahlı çevrilişə bir neçə saat qalmış Rusiya tərəfi məlumatlandırıb.

Cia.az