|
67 yaşlı Salyan sakinindən avtomat silah götürülüb

Salyan Rayon Polis Şöbəsi əməkdaşları şəhərdəki evlərdən birində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində avtomat silah aşkar edərək götürüblər.

67 yaşlı rayon sakini Azad Əsədovun evinə baxış zamanı “AK” markalı avtomat silahla yanaşı, 2 ədəd patron darağı və 124 ədəd patron da tapılıb.

Hazırda Azad Əsədov şübhəli şəxs qismində saxlanılaraq dindirilir.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi qaldırılıb.

Cia.az