|
Ayran xərçəng riskini azaldır
Yayın ən sevilən içkilərindən biri də soyuq ayrandır. Bu içki təkcə sərinləşdirmir, həm də orqanizm üçün xeyirlidir.

Axşam.az xarici KİV-ə istinadən ayranın faydalarını təqdim edir:

Süddə olan maddələrin çoxunu özündə cəmləşdirib: kalsium, proteyn, yağ, minerallar.

Kalsiumla zəngin olan ayranda A, B12, D, B2 və B6 vitaminləri ilə zəngindir. Tərkibində qatıq olduğu üçün bağırsağın fəaliyyətini yaxşılaşdırır.

Ayran eyni zamanda xərçəng riskini azaldır. Tərkibindəki yağlara və minerallara görə süddən daha rahat həzm olunur. 

Mədə infeksiyasını və xorasını sağaldır. Tərkibindəki proteynlər xolesterini səviyyədə saxlayır.

Tərkibindəki su və duzun vasitəsiylə ayran yayda tərləyən zaman bədəndən çıxan mineralları geri qaytarır.

Sümüklərin bərkiməsinə, böyüməsinə kömək edir.