Son olaraq "Kara Para Aşk"da rol alan Nebahat Çehre "Paramparça" serialına çəkiləcəyi barədə xəbərlərə əsəbiləşib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, jurnalislərə sərt açıqlama verib:
"Mənə heç kimdən təklif gəlməyib. Nə qədər seçici olduğumu hər kəs bilir. Gəlsə də, qəbul etmərəm. Üçüncü mövsümü başlayacaq bir serialda çəkilmərəm. Yeni mövsüm üçün layihələri dəyərləndirirəm"
Cia.az
