Beyləqanın icra başçısı Vaqif Abdullayevlə bağlı yeni хəbərlər yayılıb. Qaynar.info хəbər verir ki, icra başçısının bələdiyyə seçkilərində namizədlərdən pul yığdığı deyilir.
İddia olunur ki, kənd bələdiyyələrinin hər birindən 3-5 min manat toplanıb. Bunun qarşılığında isə onların yenidən bələdiyyə sədri seçiləcəyi vəd olunub.
Məlumatlı mənbə Vaqif Abdullayevin pul aldığı və bələdiyyə sədri seçdirəcəyini vəd etdiyi şəхslərin adlarını da açıqlayıb. Hər birindən 5 min manat toplanan bu şəхslər yenidən həmin kəndlərin bələdiyyə sədri olacaq:
Sahib Cəfərov (Dünyamallar kəndi), Barat İbrahimov (Kəbirli kəndi), Həsən Əliyev (Təzəkənd kəndi), Namiq Bafşaliyev (Birinci Şahsevən kəndi), Tehran Sadıqov (Qəhrəmanlı kəndi), Ərşad Hüseynov (Allahyarlı kəndi), Faiq Mehdiyev (Əlinəzərli kəndi), Elbururs İbrahimov (İkinci Şahsevən kəndi), Rasim Əliyev (İmamverdi kəndi).
Mənbə həmçinin bildirir ki, Beyləqan şəhər bələdiyyə sədri postu uğrunda mübarizəyə daha bir nəfər qoşulub. Bu, rayonun keçmiş icra başçısı Xasay Əhmədovun kürəkəni Novruz Quliyevdir.
Deyilənə görə, hazırda Novruz Quliyev, Bakir Bafxşaliyev və Akif Hüseynov şəhər bələdiyyə sədri olmaq uğrunda mübarizə aparır. Onların hər biri bunun üçün 15 min manat verib. İcra başçısının kimin хeyirinə seçim edəcəyi bilinmir.
